Lerik rayonu ərazisində M.Yəhyayevin idarə etdiyi avtomobildən 40 qramdan artıq, evindən isə 1 kiloqram 610 qram marixuana götürülmüşdür
07.01.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonu ərazisində Qışlaq kənd sakini M.Yəhyayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobildən 40 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun evindən isə 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülmüşdür.