Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri İ.Qayıbov küçəsində idarə etdiyi avtomobillə yolu keçən piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü E.Ələkbərov saxlanılmışdır

25.12.2019

Dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılmışdır.