Zaqatala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
24.12.2019Dekabrın 25-də saat 1 radələrində Zaqatala şəhəri ərazisində Əliabad qəsəbə sakini Tural Gülməmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, iki sərnişini xəstəxanaya yerləşdirilmişlər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.