Xətai rayonu ərazisində YNH törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü E.Cəfərov saxlanılmışdır
17.12.2019Dekabrın 15-də saat 23 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulmuşdur. Qadına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılmışdır.