Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
16.12.2019Dekabrın 16-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində Kürdəmir rayon sakini O.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.