Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılmış, digərinin şəxsiyyəti müəyyən edilmişdir
15.12.2019Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılmış, digərinin şəxsiyyəti müəyyən edilmişdir.
Onların həmin gün saat 4 radələrində Səbail rayonu Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilmişdir.Nərimanov RPİ tərəfindən araşdırma aparılır.