DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini N.Quliyev saxlanılmışdır

14.12.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini N.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və 9 qrama yaxın metamfetamin götürülmüşdür.  

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

Davam etdirilən tədbirlərlə onun qohumu X.Quliyevin Kotec qəsəbəsindəki evindən isə 245 qramdan artıq heroin, 241 qrama yaxın metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

14.12.2019 tarixinə olan kriminal məlumatlar