Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bərdə şəhər sakini R.Abbasov saxlanılmışdır
07.12.2019Dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gəlmiş şəhər sakini, ruhi xəstə R.Abbasovun mağaza sahibini kəsici alətlə hədələyib 15 manat pulunu alması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılmışdır. Araşdırmalarla onun həmin gün qeyd edilən bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyən edilmişdir.
Araşdırma aparılır.