Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.11.2019Noyabrın 29-da saat 8 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakinləri O.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşmuş, zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanmışdır. Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölmüş, O.Məmmədov xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.