Lökbatan qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Novruzzadə avtomobillə birgə saxlanılmışdır
18.11.2019Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov noyabrın 17-də saat 22 radələrində qəsəbə ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Qaradağ RPİ 10-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.