DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Liman şəhər sakini E.Bağırovdan narkotik vasitələr götürülmüşdür

12.11.2019

Noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilmişdir.

Məlumat əsasında dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilmiş və o, polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülmüşdür.

12.11.2019 tarixinə olan kriminal məlumatlar