Soyğunçuluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılmışlar
11.11.2019Göyçay RPŞ-yə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib 120 manatını, mobil telefonunu və qol saatını almalarını bildirmişdir.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla hadisənin açıq talama yolu ilə törədilməsi müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılmışlar.