Masallı rayonunun Ağakişibəyli kənd sakini Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılmışdır
10.11.2019Noyabrın 10-da Masallı rayonunun Ağakişibəyli kəndi ərazisindəki evlərdən birinin həyətində kənd sakini R.Gülverdiyev orada fəhlə işləyən qonşusu Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirmişdir.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.