DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Allahyar Allahverdiyevdən 2,189 qram heroin, Xətai RPİ 36-cı PB əməkdaşları Bakı şəhər sakini İlham Bəhmənovdan 1,135 qram heroin, Səbail RPİ əməkdaşları Hacıqabul rayon sakini Şakir Məmmədovdan 0,34 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Corat qəsəbə sakini Elşad Xanquliyevdən 211,82 qram marixuana, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Rəşad Atayevdən 0,5 qram heroin götürmüşlər.