DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

03.11.2019

Noyabrın 3-də saat 21 radələrində Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.İsgəndərov idarə etdiyi “DAF” markalı yarımqoşqulu avtomobillə yolu keçən qəsəbə sakini Nizami Qarayevi vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.