Şabran rayonunun Ağalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.10.2019Oktyabrın 31-də saat 16 radələrində Şabran rayonunun Ağalı kəndi ərazisində rayon sakini Vasif İsmixanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi “Hyundai HD72” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə V.İsmixanovun sərnişini olan arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.