Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qurban Mustafayevin evinə hasardan aşmaq yolu ilə girib onun arvadı Fəridəni bıçaqla hədələyərək pul tələb etmiş, Paşa Məmmədov və Vadim Səmədov tutulmuşlar

15.01.2008

Yanvarın 14-də maska geyinmiş 2 naməlum şəxs Qusar rayonu H.Rəsulbəyov küçəsində yaşayan Qurban Mustafayevin evinə hasardan aşmaq yolu ilə girib onun arvadı Fəridəni bıçaqla hədələyərək, əllərini və ağzını bağlayaraq pul tələb etmiş, qonşuların hadisə yerinə gəldiklərini görüb hadisə yerindən qaçmışlar. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba şəhər sakinləri Paşa Məmmədov və Vadim Səmədov tutulmuşlar.