Qurban Mustafayevin evinə hasardan aşmaq yolu ilə girib onun arvadı Fəridəni bıçaqla hədələyərək pul tələb etmiş, Paşa Məmmədov və Vadim Səmədov tutulmuşlar
15.01.2008Yanvarın 14-də maska geyinmiş 2 naməlum şəxs Qusar rayonu H.Rəsulbəyov küçəsində yaşayan Qurban Mustafayevin evinə hasardan aşmaq yolu ilə girib onun arvadı Fəridəni bıçaqla hədələyərək, əllərini və ağzını bağlayaraq pul tələb etmiş, qonşuların hadisə yerinə gəldiklərini görüb hadisə yerindən qaçmışlar. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba şəhər sakinləri Paşa Məmmədov və Vadim Səmədov tutulmuşlar.