Xətai rayonu ərazisində sərnişin qismində mindikləri avtomobilin sürücüsünə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinənlərdən biri saxlanılmış, digəri isə müəyyən edilmişdir
18.10.2019Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov oktyabrın 17-də saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirmişdir.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, digər şəxs isə müəyyən edilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.