Naftalan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
15.10.2019Oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Naftalan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılmışdır.
Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.