Kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov saxlanılmışdır
15.10.2019Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərin birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Ə.Çobanovanın velosipedini oğurlaması da müəyyən edilmişdir.