Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər saxlanılmışlar
12.10.2019Dəmir yolu stansiyalarında oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Belə ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Astara dəmir yolu stansiyasında dayanmış teplovozdan 120 litr dizel yanacağı, Sabunçu dəmir yolu stansiyasının ərazisindən 100 metr elektrik naqili, Bakı Yük Stansiyasının ərazisindən isə rels altlığı oğurlamağa cəhd göstərmişlər - Astara şəhər sakini S.Bayramov, Bakı şəhər sakinləri B.Məmmədov, M.Hacıyev və İ.İsmayılov saxlanılmışlar.
Araşdırmalar aparılır.