Sabunçu rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
10.10.2019Oktyabrın 10-da saat 9 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.