Sumqayıt şəhərinin Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi
07.10.2019Oktyabrın 7-də saat 20 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yavər Əmiraslanovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.