Bakı şəhər sakini G.Novruzovaya məxsus 6000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən gəlini saxlanılmışdır
03.10.2019Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirmişdir.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılmışdır.