Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılmışdır

02.10.2019

Polis əməkdaşları tərəfindən 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılmışdır.

Belə ki, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girmiş 2 nəfər ona və arvadına zor tətbiq etmiş, səs-küy yarandığından hadisə yerini tərk etmişlər.

Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır.

02.10.2019 tarixinə olan kriminal məlumatlar