Bakı şəhər sakini İ.Balakişiyevi döyərək çantasını almaqda şübhəli bilinənlər saxlanılmışlar
01.10.2019Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.