Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirmiş A.Quliyev saxlanılmışdır

29.09.2019

Sentyabrın 29-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan A.Quliyev evində münaqişə zəminində tanışı, Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirmiş, sonra Binəqədi rayonu ərazisində yaşayan qohumu Füzuli Şirinovun evinə gedərək orada ona və oğlu Elçinə də bıçaqla xəsarət yetirmişdir.

Xəstəxanaya yerləşdirilmiş F.Şirinovun vəziyyəti ağırdır, Elçinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Quliyev saxlanılmışdır.
Araşdırma aparılır.

29.09.2019 tarixinə olan kriminal məlumatlar