Quba rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Z.İlyasov tutulmuşdur
29.09.2019Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 həyətyanı sahədən 90 ədəd metal boru, 1 evdən 80 manat, 1 mağazadan isə tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Z.İlyasov sentyabrın 24-də tutulmuşdur.
Ətrafında aparılmış tədbirlərlə onun Quba rayon sakini C.Abdullayevlə birgə daha 1 evdən kombi aparatı və televizor, 1 mağazadan isə 200 manat oğurlaması da müəyyən edilmişdir.