DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2008

Saat 11.30 radələrində Əzizbəyov rayonu ərazisində - Qala-Türkan yolunda Bakı şəhər sakinləri Ramiz Yusibovun idarə etdiyi "Mersedes" markalı və Tərlan Rəhimovun idarə etdiyi "Ford" markalı mikroavtobuslar toqquşmuşlar. Nəticədə xəsarət almış sərnişinlər - Bakı şəhər sakinləri Röya Məmmədova, Bədir Abbasova, Əmirxan Zeynalabdiyev, Zaur Umudov, Gülcahan Qordiyeva, Qalib Süleymanov, Mələk Əlimyeva, Tehran Abdullayev və Nazilə Balakişiyeva xəstəxanaya yerləşdirilmişlər. N.Balakişiyeva orada ölmüşdür. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.