Cəlilabad rayon sakini Gündüz Qiyasovla Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin əsgəri Tural Mustafayev odlu silahdan atəş açaraq bir-birini yaralamışlar
10.01.2008Balakən rayonunun Mahamalar kəndində, kənd sakini Rəşid Həmzəyevin həyətində kürəkəni, Cəlilabad rayon sakini Gündüz Qiyasovla Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin əsgəri Tural Mustafayev arasında münaqişə baş vermişdir. Bu zaman T.Mustafayev avtomat silahdan atəş açaraq G.Qiyasova xəsarət yetirmişdir. G.Qiyasov avtomat silahını T.Mustafayevin əlindən alaraq cavab atəşi ilə onu yaralamışdır. T.Mustafayev və G.Qiyasov xəstəxanay a yerləşdirilmiş, T.Mustafayev orada ölmüşdür. Araşdırmalar aparılır.