DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zəyəm-Qovlar dəmir yolunun 127-ci km-də qəza baş vermişdir

10.01.2008

Saat 15.40 radələrində Zəyəm-Qovlar dəmir yolunun 127-ci km-də, qorunmayan keçiddə Gəncə şəhər sakini Saleh Əliyev "Toyota" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurmuşdur. Nəticədə xəsarət almış S.Əliyev və sərnişini, Şəmkir rayon sakini Nərgiz Əliyeva xəstəxanaya yerləşdirilmişlər. N.Əliyeva orada ölmüşdür. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.