Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2019Sentyabrın 19-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Seyidmiri Fəttahovun idarə etdiyi “VAZ-2106” və Rafiq Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə S.Fəttahov hadisə yerində ölmüş, 1 sərnişini və digər sürücü xəstəxanaya yerləşdrilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.