Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.09.2019Sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.