“Sədərək” ticarət mərkəzindəki mağazaların birindən geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılmışdır
12.09.2019Sentyabrın 12-də saat 13 radələrində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilmişdir.
Araşdırma aparılır.