Lerik şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2019Sentyabrın 12-də saat 16 radələrində Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurmuşdur. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Şirvan Məmmədov orada ölmüşdür.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.