DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Rusiya Federasiyası vətəndaşı Qurban İlyasovun idarə etdiyi "Lexus" markalı avtomaşından və sərnişini Elçin Cəlalovdan narkotik vasitə götürülmüşdür

08.01.2008

DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şəki ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şəki şəhərində Rusiya Federasiyası vətəndaşı Qurban İlyasovun idarə etdiyi "Lexus" markalı avtomaşın nəzarət qaydasında saxlanılmış və ŞRPŞ-yə aparılmışdır. Avtomaşına baxış zamanı yük yerindən 2 qram, habelə kriminal aləmdə "Dəhnəli Elçin" kimi tanınan sərnişin, Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Elçin Cəlalovdan 2 qram heroin götürülmüşdür.