Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi
10.09.2019Sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.