Zabrat dəmir yolu stansiyası ərazisindən 200 metr naqili və 100 metr trosu kəsib oğurlamağa cəhd göstərən M.Əliyev yaxalanmışdır
03.09.2019Sentyabrın 3-də saat 2 radələrində Zabrat dəmir yolu stansiyası ərazisindən 200 metr qoşa birləşdirici naqili və 100 metr aparıcı trosu kəsib oğurlamağa cəhd göstərən Bakı şəhər sakini M.Əliyev NBPİ-nin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Araşdırma aparılır.