Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ağcabədi rayon sakini R.Quliyev saxlanılmışdır
29.08.2019Avqustun 29-da Ağcabədi rayonunun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gəlmiş Xocavənd kənd sakini olan kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirmişdir.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılmışdır.
Araşdırma aparılır.