Bərdə şəhər sakini M.Mehdiyevə məxsus həyətyanı sahədən çətənə kolları, habelə yaşadığı evdən silah-sursat götürülmüşdür
27.08.2019Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini M.Mehdiyevə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu, habelə yaşadığı evdən 1 ədəd “İJ-16” markalı tüfəng, 2 ədəd patron darağı və 54 ədəd patron aşkar edilərək götürülmüşdür.