Gəncə şəhəri ərazisində 1 evdən və 2 mağazadan oğurluqda şübhəli bilinən şəhər sakini R.Əliyev saxlanılmışdır
20.08.2019Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 10-da və 20-də Gəncə şəhəri ərazisində 1 evdən və 2 mağazadan pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.