Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu və pul kisəsini almaqda şübhəli bilinən S.İsmayılov saxlanılmışdır
14.08.2019Avqustun 13-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini almışdır.
Nəsimi rayonu 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini S.İsmayılov saxlanılmışdır.