Bakı şəhər sakini E.Həsənova məxsus “BMW” markalı avtomobildən oğurluqda şübhəli bilinən S.Pənahov saxlanılmışdır
13.08.2019Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 23-də Bakı şəhər sakini E.Həsənova məxsus “BMW” markalı avtomobildən 25 manat, qol saatı və 2 ədəd bankomat kartı oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun iyunun 4-də Bakı şəhər sakini olan bir vətəndaşın cibindən 80 manat pul oğurlaması da müəyyən edilmişdir.