Sumqayıt şəhəri ərazisində yerləşən mağazaların birində pul kisəsini oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılmışdır
13.08.2019Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da 5-ci mikrorayonun ərazisində yerləşən mağazaların birində orada işləyən şəhər sakini İ.Əzimovaya məxsus içərisində 470 manat pul, qızıl bilərzik, sənəd və açarlar olan pul kisəsini oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.