Sumqayıt şəhərində kirayədə yaşadığı evdə meyiti tapılan B.Bakayevi qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini T.Muxtarov saxlanılmışdır
13.08.2019Avqustun 13-də saat 20 radələrində əvvəllər məhkum olunmuş B.Bakayevin üzərində zorakılıq əlamətləri olan meyiti Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindəki kirayədə yaşadığı evdə tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş T.Muxtarov saxlanılmışdır.
Araşdırma aparılır.