Nərimanov rayonu ərazisində Bakı şəhər sakini N.Zamanova qarşı quldurluq etmiş şəxslər saxlanılmışlar
03.08.2019Avqustun 3-də Nərimanov rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini N.Zamanovu bıçaqla hədələyib 700 ABŞ dolları və 990 manat pulunu almışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş K.İbrahimov və Xaçmaz rayon sakini Ş.Niftalıyev saxlanılmışlar.