Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Padar kəndində yol-nəqliyyat hadisəsi

04.01.2008

Saat 19.30 radələrində Hacıqabul rayonunun Padar kəndində Bakı şəhər sakini Vüsal Niftəliyevin idarə etdiyi "VAZ-2107" markalı, Ağdaş rayon sakini Azər Məhərrəmovun idarə etdiyi "VAZ-2107" markalı və Kürdəmir rayon sakini Yaşar İsmayılovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə V.Niftəliyevin sərnişini, anası Nəzakət hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, Bakı şəhər sakinləri Təbəssüm Abdullayeva, Namiq Məmmədov, habelə Y.İsmayılov xəstəxanaya yerləşdirilmişlər. Hacıqabul RPŞ tərəfindən araşdırmalar aparılır.