Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
30.07.2019Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Göycəli kənd sakini H.Əzimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu qəsəbə sakini N.Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 134 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən qəsəbə sakini K.Yusupova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.