Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür

29.07.2019

Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvanlı kənd sakini F.Mehdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 54,65 qram marixuana aşkar edilərək götürülmüşdür.  

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çiraqlı kənd sakini İ.İbadovaya məxsus həyətyanı sahədə həmkəndliləri X.İbadov və Q.Dəmirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 

Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yenikənd kənd sakinləri -  Ə.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, F.Quliyevə məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.